“Olimpiyaçılar aramızda” turnirinin açılış mərasimi keçirilib

“Olimpiyaçılar aramızda” turnirinin açılış mərasimi keçirilib

"Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda" açıq respublika turnirinin başlanmasına həsr olunmuş mərasim keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir: "Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Açılış mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm".

Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışın əhəmiyyətini yüksək qiymətləndirİb, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb və idmanın bu növünün respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Qeyd edək ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə