“Olimpiyaçılar aramızda” turniri - II gün

“Olimpiyaçılar aramızda” turniri - II gün

"Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda" açıq respublika turnirinin final mərhələsi başlayıb. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter daşıyan turnirdə respublikanın bütün bölgələrini təmsil edən 1997-1998-ci il təvəllüdlü idmançıları aparıblar.

Turnirin ikinci günü yunan-Roma güləşi üzrə yarışlarda Fazil Mirzəliyev (38 kq), Məhəmməd Həsənov (42 kq), Namaz Rüstəmov (46 kq), Elgün Hüseynzadə (50 kq), İsrafil Yaqubzadə (54 kq), Arif Niftullayev (58 kq), Ülvi Qәnizadə (63 kq), Orxan Hümbətov (69 kq), Nicat Abdullazadə (76 kq), Soslan Fanziyev (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Final yarışlarında ilk üç yeri tutan idmançılar diplom, medal və pul mükafatı ilə təltif edilib, tam dəst idman geyimi ilə təmin edilib və yığma komandanın heyətinə cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə