Teymur Rəcəbov İddiaçılar turnirində

Teymur Rəcəbov İddiaçılar turnirində

Londonda martın 14-də start götürəcək şahmat üzrə İddiaçılar turnirinin təqvimi açıqlanıb. Siasport.az saytının məlumatına görə, nüfuzlu yarışda ölkəmizi Teymur Rəcəbov təmsil edəcək.

T.Rəcəbovun rəqibləri Vladimir Kramnik, Aleksandr Qrişuk, Petr Svidler (hər üçü Rusiya), Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vasili İvançuk (Ukrayna) və Boris Gelfand (İsrail) olacaq. Onlar bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla oynayacaqlar.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 510 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə