Bugünlərdə Milli Məclisin deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev Çində səfərdə olub. Siasport.az saytının məlumatına görə, səfər proqramı çərçivəsində R.Əliyev Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə R.Əliyev futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən layihələri, futbolun kütləviliyinin artırılmasını, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünün təbliğinin gücləndirilməsini, eyni zamanda gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə görülən işləri qeyd edib, Azərbaycanda digər idman növləri ilə yanaşı, futbolun da inkişaf yolunda olduğunu bildirib.
Təklif irəli sürülüb ki, AFFA ilə Şanxay Futbol Federasiyası arasında əməkdaşlıq yaradılsın, yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandalarının Şanxayda təlim-məşq toplanışları və yoldaşlıq görüşləri, eyni zamanda çinli futbolçuların ölkəmizdə analoji tədbirləri təşkil olunsun. Təklifi hər iki tərəf müsbət qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB