Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə dünən "Dərnəgül" metrosu stansiyasının üzərindəki ərazidə Binəqədi rayonunun yeniyetmə və gənc idmançılarının iştirakı ilə 1 km məsafəyə kross yürüşü keçirilib. Siasport.az saytının məlumatına görə, yürüşdə iştirak edən 350 idmançıya köynək və idman kepkası paylanıb.
Tədbirdə çıxış edən qonaqlar son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etdiyindən, yeniyetmə və gənclərimizin son illər qazandıqları saysız-hesabsız uğurlarından danışıb və yarışda iştirak edən idmançıları bayram günü münasibətilə təbrik ediblər.
Qeyd edək ki, finiş xəttini daha tez keçən 10 idmançı (5 oğlan və 5 qız) qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB