Yığmamızın rəqibləri bilindi

Yığmamızın rəqibləri bilindi

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Avropa Liqası yarışlarındakı rəqibləri müəyyənləşib. Siasport.az saytının məlumatına görə, komandamız təsnifat mərhələsində İsrail, Macarıstan və Türkiyə milliləri ilə qarşılaşacaq. Oyunlar iyunun 14-dən 16-dək İtaliyada keçiriləcək.

Qeyd edək ki, komandamız mərhələ keçmək üçün ya qrup lideri, ya da ən yaxşı göstəriciyə malik iki qrup ikincisindən biri olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə