Topaz Premyer Liqasının təsnifat mərhələsinin son oyununda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (2:2) "Sumqayıt" Futbol Klubu ikinci "altılığ"ın "Turan"la keçiriləcək ilk matçı üçün hazırlıqlara start verib. Siasport.az saytının məlumatına görə, bir günlük istirahətin ardından Sumqayıt təmsilçisi bu gün "Bayıl Arena"da növbəti məşqinə çıxıb. Heyətdə zədəli futbolçu yer almır. Əvəzedici komandadan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da əsas heyətə cəlb olunub.
Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunun vaxtı hələ müəyyənləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB