"Avropa Olimpiya Oyunlarına hər bir sahədə tam şəkildə təşkilati işlər başlanılıb. Oyunların əməliyyat şirkəti qeydiyyatdan keçibdir. Onun adı "Bakı Avropa Oyunları Əmaliyyat şirkəti"dir". Bu sözləri Siasport.az saytına açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O, 2015-ci ildə keçiriləcək mötəbər yarışın hazırlıq işlərindən danışıb: "Hazırda Bakıya xaricdən mütəxəsislər gəlirlər, onlarla müqavilələr bağlanılır. Bu təcrübəli mütəxəsilər dünyanın müxtəlif yerlərinda - Londonda, Pekində, Vankoverdə Olimpia oyunlarının təşkilində iştirak ediblər və böyük təcrübələrə malikdirlər. Danışıqlar demək olar ki, son mərhələdədir. Olimpiya kəndi ilə bağlı müqavilə bağlanılmalıdır və burada təmir işləri başlanılmalıdır. Bütün mövcud olan komplekslərdə şəraitlə tanış olunur və hansı işlərin aparılmalı olduğu müəyyənləşdirilir, aktlar tutulur. Tikilməkdə olan obyektlərə nəzarət gücləndirilib. Həmin yerlərə Dünya Federasiyasının nümayəndələri cəlb olunub ki, inşa olunan obyektlər tam şəkildə Avropa və Dünya Olimpiya Komitəsinin standartlarına uyğun olsun. Hər gün yeni istiqamətdə yeni insanlar dəvət olunurlar.
Lor Sebastiyan Koy ilə görüşdə mənə söylədi ki, 2005-ci ildə London Olimpiya Oyunlarına 5 nəfərlə hazırlığıa başlanılıb. 2012-ci ildə London Oyunlarının son günlərində isə 7000-ə yaxın insan işdən azad olunub. Təsəvvür edin ki, 7 il ərzində neçə nəfər bu böyük işə cəlb olunub. Bu, işsizliyin problemini həll edən addımdır və inanırıq ki, gənclərimiz də bu işdə çox fəal olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB