"Qarabağ" klubunun zədəliləri qayıdıb

"Qarabağ" klubunun zədəliləri qayıdıb

"Qarabağ" klubu yenidən bir araya gəlib. Siasport.az saytının məlumatına görə, ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə "Qəbələ"ni qəbul edəcək komanda dünən tək çalışmayla kifayətlənib. "Qarabağ" oyunun keçiriləcəyi mərkəzi arenada saat 17:00-da məşqə çıxıb. Çempionat çərçivəsində baş tutan sonuncu oyunda komanda 5 itkiylə mübarizə aparmışdı. Sevindirici haldır ki, Ağdam təmsilçisinin eyni aqibəti qəbələlilərlə oyunda yaşayacağı gözlənilmir. Zədəli Riçard Almeyda da artıq komanda ilə məşqlərdə iştirak edir. Eləcə də Kristian Torres və yeni transfer Emeka Opara da çalışmalarda iştirak edir. Branimir Subaşiçin meydana çıxma ehtimalı isə yoxdur.

Bir həftə öncə baş tutan ilk görüşdə 1:1-lik nəticə qeydə alınmışdı. Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" görüşü martın 7-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə