“Qalatasaray” klubu Bakıda futbol məktəbi açır

“Qalatasaray” klubu Bakıda futbol məktəbi açır

Türkiyənin "Qalatasaray" klubu Bakıda futbol məktəbi açır. Siasport.az saytının məlumatına görə, "Qalatasaray" Fatih Terimlə gənc aslanlarını axtarır" layihəsi çərçivəsində futbol məktəblərinin sayını artırmağı qərara alıb. Yeni yaradılacaq məktəb, "Bakı Qalatasaray futbol məktəbi " adlandırılacaq.

Qeyd edək ki, Orxan Məmmədəliyevin rəhbərlik edəcəyi məktəb, 1 aprel 2013-cü il tarixindən Bakı Tennis Akademiyasında fəaliyyətə başlayacaq. //Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə