Şahmat üzrə Azərbaycan çempionat başlayır

Şahmat üzrə Azərbaycan çempionat başlayır

Bu gün Azərbaycan Şahmat Federasiyasında qadınlar arasında Azərbaycan çempionatına start veriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə 10 zəka sahibi dairəvi sistem üzrə birincilik uğurunda mübarizə aparacaq.

Yarışda beynəlxalq qrossmeysterlər Zeynəb və Türkan Məmmədyarova bacıları, Gülnar Məmmədova və beynəlxalq ustalar Nərgiz Umudova, Xəyalə Abdulla, Nərmin Kazımova, habelə FİDE ustası Günay Məmmədzadə, Nərmin Söyünlü, Səbinə Quliyeva və Səhər Hüseynova iştirak edəcəklər.
Yarışda ilk üç yeri tutacaq şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq və bu ilin yayında Belqradda keçiriləcək şəxsi qadınlar arasında Avropa çempionatında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, turnir martın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə