Masallıda Bədən Tərbiyəsi və İdman günü qeyd edilib

Masallıda Bədən Tərbiyəsi və İdman günü qeyd edilib

Masallı rayon Gənclər Mərkəzində "5 mart-Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir böyük təntənə ilə qeyd olunub. Siasport.az saytının məlumatına görə, çoxsaylı idmançı-gənclərin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıb. Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov çıxış edərək, rayonunda tikilmiş Masallı Olimpiya Kompleksi və tikilməkdə olan Boradigah Olimpiya Kompleksi, Boks Mərkəzi, Taekvando Mərkəzi haqqında danışıb.
O həmçinin qeyd edib ki, idmançılar bir sıra Respublika və beynəlxalq əhəmiyyətli yarış və birinciliklərdə iştirak ediblər. Bunlardan sambo üzrə Azərbaycan birinciliyi, sambo üzrə Avropa çempionatı, cüdo üzrə Azərbaycan birinciliyi, taekvando üzrə Azərbaycan birinciliyi və taekvando üzrə beynəlxalq çempionat rayon üçün daha uğurlu nəticələrlə yadda qalıb.

Qeyd edək ki, tədbirdə bir qrup fəal idmançı və məşqçi-müəllimlər Gənclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə