İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Siasport.az saytının məlumatına görə, əlamətdar gün münasibətilə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri bu gün Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə