AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında bir çox qərarlar qəbul edilib. Siasport.az saytı qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
Azərbaycan Kubokunun 1/4 final "Simurq" – "Neftçi" matçı başa çatdıqdan sonra "Neftçi" klubun 25 №-li futbolçusu Cavid İmamverdiyev rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (bu cəza kubok oyunlarına şamil edilir) (maddə 38.4).
Azərbaycan Kubokunun 1/4 final "Bakı" – "İnter" matçında "İnter" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXII turunun "Kəpəz" – "Simurq" matçında "Kəpəz" klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXII turunun "Rəvan" – "Bakı" matçında "Rəvan" klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçının 67-ci dəqiqəsində "Sumqayıt" klubunun məşqçisi Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Topaz Premyer Liqasının XXII turunun AZAL – "Qəbələ" matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində "Qəbələ" klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Matç başa çatdıqdan sonra "Qəbələ" klubun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının pəncərəsi sınrırıldığı üçün "Qəbələ" klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50).
Topaz Premyer Liqasının XXII turunun "Qarabağ" - "İnter" matçı başa çatdıqdan sonra dəhlizdə insident baş vermiş və polis tərəfindən aradan qaldırılıb. İntizam Komitəsi baş vermiş hadisə ilə bağlı aşağıdakı qərarı qəbul edir:
· Stadionda baş vermiş intiamsızlığa görə meydan sahibi klub bir Topaz Premyer Liqası ev oyununu azarkeşsiz keçirir və klub 8000 manat cərimə olunur (maddə 69.1).
· Oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransinda iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 82.1).
Topaz Premyer Liqası və I divizion klubları oyunlar zamanı təhlükəsizliyi maksimum dərəcədə təmin etsin.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçında "Sumqayıt" klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 73-cü dəqiqəsində "Sumqayıt" klubunun 27 №-li futbolçusu İsmayıl Qəhrəmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XV turunun "Neftçala" – "Energetik" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 20 manat cərimə olunur (maddə 40).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB