Artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərən Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ötən illər ərzində bir çox uğurlara imza atıb. Olimpiya Oyunlarında dövlət bayrağının yüksəklərə qalxması Azərbaycanda Olimpiya hərəkatına göstərilən böyük diqqətdən xəbər verir. Yay və Qış Olimpiya Oyunlarında qazanılan uğurların sayının artması Olimpiya hərəkatına göstərilən qayğının nəticəsidir.
Qazanılan uğurların nəticəsi olaraq Azərbaycan dünyada Olimpiya ölkəsi kimi tanınır. Bu sahədə Milli Olimpiya Komitəsi tərəfindən atılan addımlar təqdirə layiqdir. Peşəkar məşqçi və idmançılara dəstək olmaqla yanaşı, MOK ölkəmizdə inkişaf edən Olimpiya hərəkatının dünyada təbliğ olunması üçün də aktiv fəaliyyət göstərməkdədir.
Siasport.az saytının məlumatına görə, bu məqsədlə Milli Olimpiya Komitəsi sosial mediada həyata keçirilən fəaliyyətinə böyük diqqət ayırır. Bütün dünyada yüksək reytinqə malik olan "Facebook" və "Twitter" sosial şəbəkələrində məlumatlandırma aparan Milli Olimpiya Komitəsinin bir müddət öncə "Instagram" səhifəsi də fəaliyyətə başlayıb. Bundan əlavə, MOK-un yenilənmiş rəsmi saytı da yaxın zamanda istifadəçilərin öhdəsinə veriləcək. Milli Olimpiya Komitəsi tərəfindən keçmişdə qazanılmış uğurlar, cari layihələr və gələcəkdə atılacaq addımlar, o cümlədən də Olimpiya Hərəkatının inkişafına dair ən son məlumatlar mütəmadi olaraq MOK-un rəsmi səhifələrində yerləşdirilir.
Qeyd edək ki, Azərbaycanda Olimpiya Hərəkatının son yenilikləri haqqında MOK-un rəsmi Facebook (www.facebook.com/nocazerbaijan), Twitter (www.twitter.com/NOCAzerbaijan) və Instagram (www.instagram.com/nocazerbaijan) səhifələrində də məlumatlar yenilənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB