Avropa çempionumuz hava limanında qarşılandı

Avropa çempionumuz hava limanında qarşılandı

Azərbaycan idmançısı Hayle İbrahimov İsveçin Geteborq şəhərində keçirilən atletika üzrə qitə çempionatında uğurla çıxış edib. Siasport.az saytının məlumatına görə, idmançımız örtülü zalda 3000 metr məsafəyə qaçışda Avropa çempionu adını qazanıb. Bununla əlaqədar olaraq bu gecə saat 03:00-da Heydər Əliyev adına Hava Limanında qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdirinin müavini İ.Şəkinski, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov və Azərbaycan Atletika Federasiyasının nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə