Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Slavyan Universitetinin tələbələri arasında badminton üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Neftçi" İSM, RİUGOEİM, GTİC, BBTİ idman cəmiyyətlərini təmsil edən 50 idmançı iştirak edib. Çempionatda şəxsi, qoşa və qarışıq yarışlarda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, yekun nəticələrə görə, I yerə Kənan Rzayev, II yerə Kərim Musayev, III yerə Orxan Qələndərov, qızlar arasında I yerə Alla Vlasyuq, II yerə Zülfiyyə Hüseynova, III yerə Pərvin Əlizadə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB