Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı və hazırlıq prosesi çərçivəsində keçirilmiş yoxlama oyunları ilə bağlı AFFA-nın dəstəyi ilə hazırlanmış "Milli komandamız" filmi bu gün, saat 22:20-də İctimai televiziyada nümayiş etdiriləcək. Siasport.az saytının məlumatına görə, filmdə AFFA-nın baş katibi Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar barədə fikirləri, komandanın məşq prosesi və yoxlama oyunlarından maraqlı görüntülər yer alıb.
Filmin ideya və ssenari müəllifi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludur. Departamentin digər əməkdaşları - Fərid Əhmədov filmin rejissoru, Mirzə Ələkbərov operatoru, Etibar Tağıyev isə redaktorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB