Şəhriyar Rəhimovun ilk qolu yubileyə səbəb oldu STATİSTİKA

Şəhriyar Rəhimovun ilk qolu yubileyə səbəb oldu STATİSTİKA

Topaz Premyer Liqasının təsnifat mərhələsinə bazar günü keçirilən son turla yekun vurulub. Siasport.az saytının məlumatına görə, hesabat turunda bir sıra maraqlı məqamlar yaşanıb. Məsələn, 6 oyuna komandaların rəqib qapısına 21 qol vurduğunu qeyd edə bilərik ki, bu da mövsümün rekordudur. Üstəlik, məhz bu turda cari mövsümün 300-cü qolu qeydə alınıb. Nəticəsi ləğv olunan "Simurq" - "Rəvan" oyununda meydan sahiblərinin texniki qələbəsi nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulub. Deməli, turun 5-ci qolu yubiley xarakterli olacaq.

Bu əlamətdar olayı "Rəvan" futbol klubunun üzvü Şəhriyar Rəhimov öz adı ilə bağlayıb. Belə ki, "Bakı" ilə görüşdə Şəhriyar "Rəvan" forması ilə ilk qolunu vurmaqla yanaşı, Premyer Liqanın cari mövsümün 300-cü qolunun da müəllifi olub.

Maraqlıdır ki, AZAL - "Qəbələ" oyunununda da 12-ci dəqiqədə qol olub. Qonaqların legioner futbolçusu Mustafa Dabo fərqlənib. Qollar eyni dəqiqədə vurulduğundan hər iki futbolçu 300-ə şərik olublar.

Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu "Kəpəz"də oynadığı vaxt İrakli Berayan, 100-cü qolunu "İnter"li Nizami Hacıyev, 200-cü topunu isə AZAL-ın hücumçusu Zohair Benuahi vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə