Daha bir türk hakim UEFA Çempionlar Liqasının 1/8 final qarşılaşmasında ədalət təmsilçisi olacaq. Siasport.az saytı xəbər verir ki, Cüneyt Çakırın bu axşam keçiriləcək "Mançester Yunayted"-"Real Madrid" qarşılaşmasını idarə edəcəyi məlum olandan sonra, sabah keçiriləcək "Seltik"-"Yuventus" görüşünün də türkiyəli referi tərəfindən idarə olunacağı dəqiqləşib. Belə ki, sabahkı qarşılaşmada Fırat Aydınus meydanda baş hakim funksiyasını həyata keçirəcək. "Seltik"-"Yuventus" qarşılaşması martın 6-da Bakı vaxtı ilə axşam saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB