"Beşiktaş"ın futbolçusu əməliyyat olunub

"Beşiktaş"ın futbolçusu əməliyyat olunub

"Fənərbaxça" ilə keçirilən derbi qarşılaşmasında əlindən ciddi zədə alan "Beşiktaş"ın alman futbolçusu Roberto Hilbert əməliyyat olunub. Siasport.az saytı xəbər verir ki, komandanın həkimləri tərəfindən əlində qırıq aşkar olunan futbolçu, bir neçə saat sürən əməliyyata keçirib. "Beşiktaş"ın həkim heyətindən professor İsmail Başöz bildirib ki, hazırda futbolçunun durumu yaxşıdır. Onun tezliklə yenidən yaşıl meydanlara qayıdacağını deyən həkim bildirib ki, gələn həftədən başlayaraq futbolçu komanda ilə birgə məşqlərə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə