Çempionlar Liqası:"Mançester Yunayted" "Real"a, "Borussiya" "Şaxtyor"a qarşı

Çempionlar Liqası:"Mançester Yunayted" "Real"a, "Borussiya" "Şaxtyor"a qarşı

Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində iki cavab qarşılaşması keçiriləcək. Siasport.az saytı xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilmiş ilk qarşılaşmada qələbə qazana bilməyən Madrid "Real"ı, "Old Trafford" stadionunda meydan sahibi "Mançester Yunayted"i mübarizədən kənarlaşdırmağa çalışacaq. Digər bir cavab qarşılaşması isə, Almaniyada baş tutacaq. Burada yerli Dortmund "Borussiya"sı Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək. Bu iki komandanın Donetskdə keçirilmiş ilk oyununda 2:2 hesablı nəticə qeydə alınmışdı. Hər iki qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə