Argentinalı futbol əfsanəsi Diyeqo Maradona maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, İspaniyanın "Marça" qəzetinə xüsusi müsahibə verən D.Maradona bildirib ki, ən böyük xəyalı bir gün "Barselona"nın baş məşqçisi kimi həmyerlisi Leonel Messi ilə birgə çalışmaqdır. 1982-1984-cü illərdə "Barselona"da çıxış etmiş əfsanə futbol adamı bildirib ki, o bu arzusunun reallaşacağına inanır: "Bu arzumu ruhumun dərinlikləri ilə istəyirəm. Leo ilə birgə çalışmaqı çox istərdim. Onun kimi istedadla işləmək başqa zövqdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB