"Mançester Yunayted" və "Çelsi" Muslera üçün "savaşırlar"

"Mançester Yunayted" və "Çelsi" Muslera üçün "savaşırlar"

"Qalatasaray"ın uruqvaylı qolkiperi Fernando Muslera, İngiltərə futbolunun nəhəngləri olan "Mançester Yunayted" və "Çelsi"nin əsas transfer hədəfində yer alır. Siasport.az saytı xəbər verir ki, son turlarda inanılmaz ustalıq göstərən, dünyanın ən perspektivli qapıçıları sırasında göstərilən F.Muslera üçün transfer qiyməti günü-gündən artmağa başlayıb. Belə ki, keçən ay uruqvaylı qolkiper üçün 17 milyon avro təklif edən hər iki İngiltərə klubunun menecerləri, indi bu rəqəmi 20 milyon avroya qədər qaldırıblar. Türkiyənin "Milliyet" qəzeti yazır ki, "Qalatasaray" prezidenti Ünal Aysalın gənc qapıçının transferi üçün yaşıl işıq yandıran açıqlamalarından sonra, F.Muslera üçün "elçilərin" sayı da artmağa başlayıb. Amma "Milliyet" yazır ki, gənc qapıçını transfer etmək üçün əsasən "Çelsi" və "Mançester Yunayted" klubları daha israrlı görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə