Gənclər və İdman Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə "5 mart – Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində Binəqədi rayonu ərazisində yerləşən Xocəhəsən qəsəbəsində süni ot örtüklü idman meydançasi və onun inzibati binasının açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, aparatın rəhbəri Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi RİH-nin başçısının müavini Vüsal İsmayılov və digər rəsmi qonaqlar iştirak edib. Çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu bildiriblər. Qeyd olunub ki, açılışı keçirilən süni örtüklü meydança yeniyetmmələrin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq.
Çıxışlardan sonra tədbirin iştirakçıları rəmzi olaraq topa zərbə vurublar. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada yoldaşlıq oyunu keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB