Eltac Səfərli 3-cü oldu

Fransada beynəlxalq Kann şahmat turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Eltac Səfərli axırıncı - doqquzuncu turda 7 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirin birincisi 7,5 xal toplamış hindistanlı Kore Akşayraj, ikincisi isə aktivində 7 xal olan Argentina təmsilçisi Ruben Felqayer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə