"Mançester Yunayted" futbol klubunun baş məşqçisi olan Aleks Fergüssyon, deyəsən keçmiş futbolçusu Kriştiyanu Ronaldonun yenidən "qırmızı şeytanların" düşərgəsinə qayıdacağından ümidini tamam üzüb. Siasport.az saytı xəbər verir ki, qocaman futbol mütəxəssisi belə hesab edir ki, portuqaliyalı ulduz futbolçunun Londona qayıdışı müşkül məsələdir: "Belə bir transferin olacağını zənn etmirəm. Ronaldonun "Real"la müqaviləsinin bitməsinə hələ iki il var. Bu mənada, onun "MY"ə dönməsi mümkün deyil. Bundan başqa, "Real"ın onunla yeni müqavilə bağlayacağını düşünürəm". Fergüsson "Real"la Çempionlar Liqasının 1/8 final mərhələsinin "Old Trafford"da martın 5-də keçiriləcək cavab matçı haqda da danışarkən Ronaldonun qarşısını almaq üçün üçün yaxşı planları olduğunu söyləyib. Zarafatından qalmayan Fergüsson deyib: "A planım bıçaqdır, B planım isə avtomat. Onun məhz bu silahlarla dayandıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB