Stolüstü tennis turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən 19 nömrəli UGİM-də "5 mart – Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Siasport.az saytının məlumatına görə, 2000-2001-ci il təvəllüdlü oğlan və qızlardan ibarət komandalar arasında keçirilən turnirdə 12 komanda tərkibində 72 tennisçi (onlardan 36-sı qızlardır) iştirak edib.
Turnirin təntənəli açılışında Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Q.Nəcəfov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul işçsi S.Əbdülov, 19 nömrəli UGİM-in direktoru S.Fərzəliyev çıxış edərək iştirakçıları qarşıdan gələn "5 mart – Bədən tərbiyəsi və idman günü" münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Yarışların yekun nəticələrinə əsasən qalib komandaların üzvləri xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə