Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 25 fevral - 04 mart 2013-cü il tarixdə Qaradağ Təlim İdman Bazasının və Azərbaycan Dövlət Neft Akademiyasının futbol meydançasında "5 mart – Bədən Tərbiyəsi və İdman günü"nə həsr edilmiş futbol turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə 8 komandanın iştirakı ilə 111 idmançı iştirak edib. Yekun nəticələrə görə, I yerə BİFM-1, II yerə Qaradağ-1, III yerə isə "İnam" FK komandaları layiq görülüblər.
Qeyd edək ki, I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə