Ramin Musayev: "Baş verən insident arzuolunmaz hadisədir"

Ramin Musayev: "Baş verən insident arzuolunmaz hadisədir"

Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra "İnter"in futbolçularının döyülməsi faktı pislənilir. Siasport.az saytının məlumatına görə, bu barədə Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. R.Musayev bildirib ki, baş verən insidentə görə "Qarabağ" komandası cəzalandırılacaq: "Dünyanın hər yerində belə hadisələr olur. Amma sözsüz ki, baş verən insident arzuolunmaz hadisədir. Heç kəs belə hadisələrin olmasının tərəfdarı deyil. İdmanda mübahisə də olur, qalmaqal da olur, hər şey olur. Qəbul edən komanda çalışmalıdır ki, qonaq komandanı lazımi qaydada qarşılasın və yola salsın. Bu da "Qarabağ" komandasının öhdəsinə düşür. Ona görə də "Qarabağ" komandası sözsüz, cəzalanacaq".

Qeyd edək ki, PFL prezidenti "Qarabağ" klubuna hansı cəza növü tətbiq ediləcəyi barədə məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə