Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Siasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan "Simurq" - "Rəvan" oyunundakı texniki nəticə nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulub. Günün 5-ci qolu yubiley xarakteri daşımalı idi. Eyni saatda başlayan AZAL – "Qəbələ" və "Bakı" - "Rəvan" matçlarının hər ikisinin 12-ci dəqiqəsində qol vurulub. Bunadək artıq 4 top qeydə alınıb. Mustafa Dabonun AZAL, Şəhriyar Rəhimovun "Bakı"ya vurduğu qollar 300-cüyə şərik olublar.
Qeyd edək ki, 2012/13 mövsümünün ilk qolunu "Kəpəz"də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu "İnter"li Nizami Hacıyev, 200-cünü AZAL-ın hücumçusu Zohair Benouahi vurub.
22-ci turun 6 oyununda qapılara ümumilikdə 21 qol vurulub. Bu da mövsümün yeni rekordudur. Bunadək ən çox - 19 qol 2 dəfə 11-ci və 13-cü turlarda vurulub. Son turun orta məhsuldarlığı 3,50-yə bərabər olub. Cəmi 4 matçın baş tutduğu 4-cü turda da orta rəqəm 3,50 idi. Ən az - 7 qol isə 7-ci və 10-cu turlara təsadüf edib. 7-ci turda 5, 10-cu turda isə 6 matça cəmi 7 qol vurulub.
Qeyd edək ki, 6 oyun təxirə salındığı üçün müxtəlif vaxtlarda baş tutub.
|
Tur |
oyun |
Qol |
orta |
|
1 |
5 |
13 |
2,60 |
|
2 |
6 |
11 |
1,83 |
|
3 |
6 |
17 |
2,83 |
|
4 |
4 |
14 |
3,50 |
|
5 |
6 |
17 |
2,83 |
|
6 |
5 |
13 |
2,60 |
|
7 |
5 |
7 |
1,40 |
|
8 |
6 |
10 |
1,67 |
|
9 |
6 |
12 |
2.00 |
|
10 |
6 |
7 |
1,17 |
|
11 |
6 |
19 |
3,17 |
|
12 |
6 |
11 |
1,83 |
|
13 |
6 |
19 |
3,17 |
|
14 |
6 |
13 |
2,17 |
|
15 |
6 |
15 |
2,5 |
|
16 |
5 |
11 |
2,2 |
|
17 |
6 |
11 |
1,83 |
|
18 |
5 |
13 |
2,6 |
|
19 |
6 |
16 |
2,67 |
|
20 |
6 |
18 |
3 |
|
21 |
6 |
13 |
2,17 |
|
22 |
6 |
21 |
3,5 |
|
Təxirə salınan oyunlar |
6 |
15 |
2,5 |
|
Cəmi |
131 |
316 |
2,41 |
Nəticəsi ləğv olunan "Simurq" - "Rəvan" oyunu nəzərə alınmamaqla təsnifat mərhələsində 131 matç keçirilib. Bu qarşılaşmalarda 316 qol vurulub. Orta məhsuldarlıq 2,41-ə bərabər olub. Bu qolların 183-nü meydan sahibləri, 133-nü qonaqlar vurub. İlk hissədə 143, fasilədən sonra 173 top vurulub. Meydan sahibləri birinci hissədə də (82:61), ikinci hissədə də (101:72) qonaqlardan çox fərqlənib. 316 qoldan 24-ü penaltidən vurulub. 8-i isə avtoqol kimi qeydə alınıb. Təsnifat mərhələsində 2 poker, 1 het-trik, 22 dubla təsadüf olunub.
Qol sayında rekordla əlamətdar olan 22-ci turda bir antirekord da qeydə alınıb. "Kəpəz" - "Simurq" matçını cəmi 50 tamaşaçı izləyib. Gəncə təmsilçisinin "Dalğa Arena"da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı qarşılaşmadır.
Qeyd edək ki, ən çox tamaşaçı isə 19-cu turun "Xəzər Lənkəran" - "İnter" matçına təsadüf edib – 11000.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB