Topaz Premyer Liqasının 22-ci turunda "Rəvan" üzərində əzmkar qələbə qazanan "Bakı" ilk altılığa sonuncu vəsiqənin sahibi olub. Siasport.az saytı baş məşqçilərin fikirlərini təqdim edir:
Ramil Əliyev, "Rəvan" klubunun baş məşqçisi: "Bugünkü oyunu güclü külək korladı. Oyuna itkilərlə çıxmışdıq, Adamoviç və Orlovski bu gün oynaya bilmədi. Yaxşı başladıq, istədiyimiz qolu vurduq. Lakin uşaq səhvlərindən qapımızda qollar gördük. Bu oyunu unudub, "Xəzər Lənkəran"la kubok oyununa hazırlaşmalıyıq".
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Çempionatın başlanğıcında mühüm xallar itirdik. Altılığa düşmək çox çətin oldu. Lakin buna layiq idik, ilk altılıqdayıq. Futbolçularımı təbrik edirəm. Mən tərəfdən onların üərində təzyiq var idi. Çox vacib oyunda hesabda geri düşsək də qələbə qazan bildik. Oyundan xoşum gəlmədi, temp çox aşağı idi. İkinci hissədə daha yaxşı oynadıq, qələbə layiq idik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB