Emin Quliyev: "Sonadək mübarizə apardıq"

Emin Quliyev: "Sonadək mübarizə apardıq"

Topaz Premyer Liqasının 22-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ın müqavimətini qıra bilməyib - 2:2. Siasport.az saytı baş məşqçilərin fikirlərini təqdim edir:

Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Hər iki komanda yaxşı oyun göstərdi. Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə apardıq, komandamın oyunundan razı qaldım. İki qol vurduq, amma daha çox imkanımız var idi".

Emin Quliyev, "Xəzər Lənkəran" klubunun məşqçisi: "Fərqlənmək üçün imkanlarımız var idi. Lakin bacara bilmədik. Sonadək mübarizə apardıq. Rəqibi bir xal qazanması ilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə