Vaqif Sadıqov: "Bəxtimiz gətirdi ki...”

Vaqif Sadıqov: "Bəxtimiz gətirdi ki...”

Topaz Premyer Liqasının 22-ci turunda AZAL "Qəbələ"ni böyük hesabla məğlub edib. Siasport.az saytı baş məşqçilərin fikirlərini təqdim edir:

Ramiz Məmmədov, "Qəbələ" klubunu baş məşqçisi: "Tam fərqli iki hissə oldu, futbolçular, sanki, rahatlaşmışdı. Bu məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəməzdim. Bəzi futbolçularımız oyuna səhlənkar yanaşmışdılar. Nəticədə böyük hesabla məğlub olduq. Toparlanıb kubok oyununda öz oyunumuzu göstərməliyik".

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, oyunun gedişi güclü komandaya qarşı oynadığımız göstərdi. Bəxtimiz gətirdi ki, "Qəbələ" ilk hissədə qol imkanlarından yararlana bilmədi. İkinci hissəyə daha aqressiv başladıq, oyuna tam nəzarəti ələ aldıq. Fəxr edirəm ki, belə bir komandam var".

Bütün xəbərlər Facebook səhifəmizdə