Böyükağa Hacıyev: "Emin Mehdiyevin oyunu xoşuma gəlmədi"

Böyükağa Hacıyev: "Emin Mehdiyevin oyunu xoşuma gəlmədi"

Topaz Premyer Liqasının 22-ci turunda "Turan"ın qonağı olan "Neftçi" rəqibini 3:2 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini davam etdirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Böyükağa Hacıyev, "Neftçi" klubunu baş məşqçisi: "İlk hissədə oyunçularımız özünə çox arxayın idilər. Fasilədə onlarla danışdım, ikinci hissədə daha yaxşı oynadılar. Əsas heyətdən bir neçə futbolçunun olmaması da oyunumza təsir etdi. Mirhüseyn Seyidovdan fərqli Emin Mehdiyevin oyunu xoşuma gəlmədi, onu Cavid İmamverdiyevlə əvəzlədim. Cavid də oyunda özünü pis göstərmədi. "Turan" qapımıza iki dəfə yaxınlaşdı və hər ikisində qol vurdu. Qarşıma 5 oyundan 15 xal yığmaq tələbi qoyulmuşdu, bunu yerinə yetirdik. Qarşıda kubok oyunu, ardından isə "Bakı" ilə oyunumuz olacaq. Qrafikin çox sıx olduğuna baxmayaraq, bütün oyunlarda qalib gələcəyik".

Əfqan Talıbov, "Turan" klubunun baş məşqçisi: "Çempionatın liderinə qarşı oynayacağımızı bilirdik. Komandalar arasında həm xal, həm də ustalıq baxımından fərq olmasına baxmayaraq, futbolçuları oyuna kökləyə bilmişdik. İlk hissədə qol buraxsaq da, komanda yaxşı oynadı. Lakin ikinci hissədə bu alınmadı. "Neftçi" dəqiq ötürmələr hesabına oyunu ələ aldı, müdafiədə səhvlər buraxmağa başladıq. Ender Günlü hər iki hissədə yaxşı təsir bağışladı, oyunun ən yaxşısı idi. Rəqib Salif Ballonu tam bağlamışdı. Aleksandr Krutskeviçin cəzalı duruma düşməsi bizim üçün böyük itkidir".

Bütün xəbərlər Facebook səhifəmizdə