Georgi Çixradze: “Ağır oyun oldu"

Georgi Çixradze: “Ağır oyun oldu"

Topaz Premyer Liqasının 22-ci turunda "Kəpəz" "Simurq"la ev oyununda 1 xal qazanıb. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Georgi Çixradze: "Simurq" klubunun baş məşqçisi: "Ağır oyun oldu. Başlanğıcda qol buraxdıq, bu, işimizi çətinləşdirdi. "Kəpəz" oyun boyu daha bir neçə real qol imkanı yaratdı. Bu gün rəqib yaxşı oynadı. İlk hissədə etdiyimiz iki əvəzetmə oyunumuzu canlandırdı. Cavab qolundan sonra isə daha bir qol vura bilmədik. Hər iki komanda sona kimi mübarizə apardı".

Mahmud Qurbanov: "Kəpəz" klubunu baş məşqçisi: "Maraqlı oyun oldu, komandamız bu gün daha istəkli idi. Hesabı açdıq, ilk hissədə bu nəticəni qoruya bildik. "Simurq"un iki əvəzetməsi bizə çətinlik yaratdı. "Simurq" kimi komanda ilə oyunda bir xal qazandıq. İlk altılıqda "Simurq"a uğurlar arzulayıram

Bütün xəbərlər Facebook səhifəmizdə