Madrid "Real"ının ulduz futbolçusu Kriştiyanu Ronaldonun kral klubundan ayrılacağı ilə bağlı xəbərlər, Avropanın aparıcı klublarını hərəkətə gətirib. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə portuqaliyalı futbol ulduzunun "Real"da xoşbəxt olmadığını deməsindən sonra, onu heyətinə qatmaq istəyən klublar, əməllicə transfer hərəkatına başlayıblar. "Mançester Yunayted"in baş məşqçisi Aleks Fergusyon keçmiş futbolçusunu yenidən sərəncamında görmək istədiyini rəsmən elan edəndən sonra, portuqaliyalını heyətinə qatmaq istəyən daha bir komanda peyda olub. Belə ki, Fransanın super transferlərlə dünyanın diqqət mərkəzində olan "PSJ" klubu portuqaliyalı super futbolçuya həftəsinə tam 500 min funt sterlinq təklif edib. İngilis mətbuatı yazır ki, fransız klubunun bu cəzbedici təklifinə baxmayaraq, K.Ronaldonun A.Fergusyonun üzünə ağ olacağı real görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB