Leonel Messi "Real"ın əfsanəsinin rekorduna şərik çıxdı

Leonel Messi "Real"ın əfsanəsinin rekorduna şərik çıxdı

Son bir neçə turda əzəli rəqibi olan "Real" ilə qarşılaşmalarda məğlubiyyət acısı yaşayan "Barselona"dan fərqli olaraq, katalon klubunun ulduz futbolçusu Leonel Messi, bir sıra rekord yeniliklərə imza atıb. Siasport.az saytı xəbər verir ki, kral klubu ilə keçirilən son "El Klacciko"da "Real"ın qapısına qol vuran L.Messi, bununla da "Real"ın əfsanəvi futbolçusu Alfredo Di Stefanonun rekorduna şərik olub. Argentinalı, "El Klassiko" tarixinin ən çox – 18 qol vuran futbolçusu di Stefanonun rekorduna çatıb. "Real"lı hücumçu 18 qolu 30 matçda, argentinalı ulduz isə 25 oyunda vurub. Bundan başqa, Messi La Liqada ard-arda 16 matçda qol vurmaqla özünə məxsus rekordu yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə