"Qalatasaray" çətin səfər oyunundan bir xalla döndü

Futbol üzrə Türkiyə Superliqasının növbəti turu çərçivəsində "Qalatasaray" səfərdə "Eskişehirspor"la üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, hazırda turnir cədvəlinin vahid lideri olan İstanbul nəhəngi, meydan sahiblərinin güclü müqaviməti ilə qarşılaşıb. Həttda, bir neçə epizodda "Qalatasaray"ın dadına qapıçı Fernando Muslera çatıb. Məhz uruqvaylı qapıçının ustalığı sayəsində meydan sahiblərinin bir neçə real qol imkanı boşa çıxıb. Hər iki tərəfin səyinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və tərəflər meydandan qolsuz bərabəliklə ayrılıblar. Bu nəticədən sonra hesabına 1 xal yazdıran "Qalatasaray", 47 xalla Superliqada vahid liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə