Suares şou göstərdi, "Liverpul" qələbə qazandı

Suares şou göstərdi, "Liverpul" qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti 28-ci tur çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Vigan"la qarşılaşan "Liverpul", meydan sahiblərini darmadağın edib. Luis Suaresin dubl etdiyi bu qarşılaşmada meydan sahibləri qapılarından 4 cavabsız qol buraxaraq, "Liverpul"un 4:0 hesablı qələbəsinə üzülməli olublar. Bu qələbədən sonra xal ehtiyatını çoxaldan "Liverpul", turnir cədvəlində yeddinci sıraya yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə