Futbol üzrə İspaniya La Liqasında növbəti turun daha bir qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, iki əzəli rəqib olan Madrid "Real"ı və "Barselona" tarixləri ərzində 220-ci dəfə üz-üzə gəliblər. Bu iki əzəli rəqibin bir neçə gün bundan əvvəl "Nou Kamp"da keçirilən qarşılaşmasında gülən tərəf kral klubu olub. Bu gün keçirilən növbəti qarşılaşmada, yenə meydanı "Real" futbolçuları qələbə ilə tərk ediblər. "Santyaqo Bernabeu" da keçirilən görüşdə Messinin qoluna qarşı Kerim Benzama və Xediranın vurduqları qollarla cavab verən "Real" futbolçuları, əzəli rəqiblərini 2:1 hesabı ilə məğlub edərək, "Barselona"nı növbəti dəfə əliboş yola salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB