"Qalatasaray"ın prezidenti Burak Yılmazın transfer qiymətini açıqladı!

"Qalatasaray"ın prezidenti Burak Yılmazın transfer qiymətini açıqladı!

İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal, "cim bom"un ulduz futbolçusu Burak Yılmazın transfer qiymətini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, son 1 il ərzində "Qalatasaray"ın "vuran əli" olan, UEFA Çempionlar Liqasında ən sərrast hücumçuları siyahısına daxil olan B.Yılmazı komandasında görmək istəyən istənilən klub, bunun üçün İstanbul nəhənginə düz 40 milyon avro ödəməlidir: "Burak Yılmaza hər hansı bir klubdan təklif yoxdur. Ancaq mövsümün sonu əlbətdəkə belə təkliflər olacaq. Burak bizim üçün çox qiymətlidir. 40 milyon avro gətirən Burakı ala bilər. "Atetiko"nun futbolçusu Falkaonun qiyməti 55 milyondursa, mənim oyunçum 40 milyon avro olmalıdır." Ünal Aysal qapıçı Musleranın da transfer qiymətini açıqlayıb: "Muslera üçün 30-35 milyon avro düşünürəm. Ona da bu rəqəmə yaxın bir məbləğdə təklif gəlsə, müzakirələrə başlayıb lazım olsa oyunçu ilə yollarımızı ayırarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə