"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, qarşıdakı oyun barədə danışıb: "Turan"la oyuna hazırlıq demək olar ki, başa çatıb. Sabahkı matçda da ənənəmizə sadiq qalaraq hücum futbolu göstərəcəyik. Biz istənilən rəqibə açıq oyun təklif edirik. Bu gün "Turan" ilk altılıqdan kənarda qalsa da, istənilən rəqiblə başa-baş oynamaq gücündədir. Bununla belə məqsədimiz qələbə qazanmaqdır. Çempionluq uğrunda hər xalın əhəmiyyəti böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB