Babək Quliyev "Xəzər Lənkəran"lı azarkeşlərlə görüşdü

Babək Quliyev "Xəzər Lənkəran"lı azarkeşlərlə görüşdü

Bir neçə gün əvvəl "Xəzər Lənkəran"ın idman direktoru kimi fəaliyyətə başlayan Babək Quliyev dünən Lənkəranda azarkeşlərlə görüşüb. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran"ın stadionunda baş tutan görüşdə xeyli sayda fəal fanat iştirak edib. İlk əvvəl kluba gəlişi, buradakı məqsədləri haqda danışan B.Quliyev daha sonra azarkeşləri maraqlandıran sualları cavablandırıb. Sabiq hakim eyni zamanda azarkeşlərin narahat olduğu mövzulara da toxunub. Söhbət komandadakı tez-tez baş verən məşqçi dəyişikliyi və aşağı yaş qrupu üzrə komandaların durumundan gedir. Bu sahələrdə də uğur qazanmaq üçün əlindən gələni söyləyən B.Quliyev tez bir zamanda yenidən fanatları sevindirmək üçün çalışdıqlarını bildirib. Qeyd edək ki, maraqlı keçən görüş 2 saatdan artıq davam edib. //Stadium.az

Bütün xəbərlər Facebook səhifəmizdə