"Rəvan" futbol klubu Topaz Premyer Liqasının təsnifat mərhələsinin sonuncu – XXII turunun hazırlıqlarını yekunlaşdırmaq üzrədir. Komanda "Xəzər Lənkəran"a qarşı keçirdiyi ölkə kubokunun ilk 1/4 final oyunundan sonra artıq diqqəti "Bakı" ilə görüşə yönəldib. Siasport.az saytının məlumatına görə, kubok oyunundan sonrakı günü istirahət edən komanda üzvləri dünəndən çalışmalara başlayıb. Ənənəvi olaraq "Bayıl Arena"da baş tutan hazırlıqda futbolçular isinmə hərəkətləri yerinə yetirdikdən sonra "kvadratlar" üzərində çalışıb, meydanın yarı hissəsində ikitərəfli mini-oyunda qüvvələrini sınayıblar. Məşqi qapıya zərbələr üzərində işləməklə bitirən "Rəvan"da zədə ilə bağlı ciddi problem yoxdur. "Bakı" ilə oyunda Miloş Adamoviç cəzalı olduğuna görə oynaya bilməyəcək. Əvəzində Samuel Barlay və Nuran Qurbanovun cəzaları bitib və baş məşqçi Ramil Əliyev bu futbolçuların xidmətindən yararlana biləcək.
Xatırladaq ki, XXII turun "Bakı" - "Rəvan" oyunu martın 3-də "Bakı" klubunn təlim-məşq bazasının stadionunda keçiriləcək. Görüş saat 15:00-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB