“Qarabağ” klubu “İnter”lə oyuna itkilərlə çıxacaq

“Qarabağ” klubu “İnter”lə oyuna itkilərlə çıxacaq

"Qarabağ" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın təsnifat mərhələsinin son turunda "İnter"i qəbul edəcək komanda dünən günün yeganə çalışmasını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına mərkəzi arenada keçib.

"Qarabağ" "İnter"lə oyuna itkilərlə çıxacaq. Belə ki, müdafiəçi Ansi Aqolli ötən tur "Rəvan"la baş tutan oyunda mövsüm ərzində 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb. Eləcə də sonuncu görüşdə zədə səbəbindən əvəzlənən Riçard Almeydanın da meydana çıxması sual altındadır. "Qarabağ"ın yeni transferi Emeka Opara da artıq məşqlərə başlayıb. Ağdam təmsilçisi bu gün daha bir məşqlə hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu martın 3-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə