Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

Azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının (AAF) üzvü Rüfət Qocayev Avropanın ən yüksək zirvəsini fəth edib. AAF-ın mətbuat xidmətindən Siasport.az saytına verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 13:15-də R.Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə "Elbrus"un hər iki zirvəsinə qalxıblar. R.Qocayev telefonla bildirib ki, səhər saat 08:30 radələrində onlar "Elbrus"un qərb zirvəsini (5642m) fəth ediblər.
5300 metr hündürlüyündəki dağ çökəyinə enəndən sonra, Rüfət və yoldaşları şərq zirvəsini fəth etmək üçün hərəkətə başlayıblar və saat 11:00-da bu zirvəni də fəth etməyə müvəffəq olublar (5621m).
Ekspedisiyanın digər iştirakçıları isə yalnız qərb zirvəsinin ikibaşlı dağına qalxmaqla kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə