Martın 7-9-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarını təmsil edən 1993-95-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaqlar.
İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə saat 17.00-da başlayacaq.
Proqram
7 mart – sərbəst güləş üzrə 50, 55, 60, 66 və 74 kq
8 mart – sərbəst güləş üzrə 84, 96 və 120 kq, yunan-Roma güləşi üzrə 50, 55 və 60 kq
9 mart – yunan-Roma güləşi üzrə 66, 74, 84, 96 və 120 kq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB