Voleybolçumuz Koreya çempionatında yenə matçın qəhrəmanı oldu

Voleybolçumuz Koreya çempionatında yenə matçın qəhrəmanı oldu

Qadın voleybolçular arasında Koreya Respublikası çempionatında XXVI turun bir oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu "Hyundai" komandası GS kollektivini qəbul edib.

Qarşılaşma təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Y.Ağayeva yenə matçın qəhrəmanı olub və komandasının aktivinə 36 xal yazdırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 46-ya çatdıran "Hyundai" 3-cü pillədəki yerini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə