Azərbaycan və Kamerun Milli Olimpiya Komitələri arasında əməkdaşlıq müqaviləsi imzalandı
Bu gün Beynəlxalq Hərbi İdman Şurasının və Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malbumla Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə arasında görüş keçirilib. Siasport.az saytının məlumatına görə, görüşdən sonra iki ölkənin Milli Olimpiya Komitələri arasında 2013-2016-cı illəri əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin imzalanması mərasimindən sonra isə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Konfransda çıxış edən qonaq yaradılan şəraitə, idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycan idmanının sürətli inkişfından danışıb. Qonaq London Olimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi uğurların ölkəmizdə idmanın inkişafından xəbər verdiyini vurğulayıb və Azərbaycanın təcrübələrindən yararlanmaq istədiklərini qeyd edib. Hamad Kalkaba Malbum əməkdaşlıq çərçivəsində bir çox idman növləri üzrə təlim-məşq toplanışlarının və yarışların keçirilməsinin, idmançı və məşqçi mübadilələrinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə imzalanmış müqavilənin əhəmiyyətindən danışıb. O, bu müqavilənin iki ölkənin idman sahəsində əməkdaşlığına böyük töhvələr verəcəyini qeyd edib. Ç.Hüseynzadə hər iki ölkənin idman sahəsində daha böyük nailiyyətlər əldə ediləcəyini qeyd edib.
Daha sonra isə hər iki tərəf media nümayəndələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB